AZ

Şəhidlər xiyabanında Milli Qəhrəman Əsəd Əhmədovun xatirəsi anılıb

Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Əsəd Əhmədovun anım günü keçirilib.

Herbiand.az xəbər verir ki, tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, doğmaları, döyüşçü yoldaşları, Qərbi Azərbaycan İcmasının nümayəndələri və başqaları iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları onun məzarı üzərinə tər qərənfillər düzərək, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının nümayəndəsi Anar Osmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin əhəmiyyətindən danışıb. Həmvətənlərimizin tarixi torpaqlarımıza, doğma yurd yerlərimizə qayıtmasının qürurunu yaşadıqlarını deyib. O, Ə.Əhmədov kimi vətənpərvər oğulların Birinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlardan örnək alan oğulların Vətən müharibəsindəki igidliyindən və rəşadətindən söhbət açıb. Xalqımızın qədim torpaqlarımız olan Qərbi Azərbaycana qayıdacağına da əminliyini ifadə edib.

Veteran Tankçılar İctimai Birliyinin sədri, Ə.Əhmədovun komandiri olmuş Hacı Əzimov, onun döyüş yoldaşları, veteran tankçılar Milli Qəhrəmanla bağlı xatirələrini bölüşüblər, vətənpərvərliyindən, qorxmazlığından danışıblar. Əsəd Əhmədovun qısa, lakin şərəfli ömrünün gələcək nəsillərə örnək olduğunu vurğulayıblar.



Seçilən
15
1
herbiand.az

2Mənbələr