AZ

Suriyanın yeni müdafiə naziri də Moskvadadır

Hurriyyet.az xəbər verir ki, Suriyanın keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Kəsra iyulun 31-də Moskvaya rəsmi səfər edib. Rusiyada səfərdə olan Suriya heyətinə ölkənin xarici işlər naziri Əsəd Əl Şeybani başçılıq edir. Xəbər verdiyimiz kimi, Şeybani həmkarı Sergey Lavrovla görüşüb.

Suriyanın SANA agentliyi bu barədə məlumat verib. 

Səfər zamanı Murhaf Əbu Kəsranın rusiyalı həmkarı Andrey Belousov ilə görüşü planlaşdırıb. Müdafiə nazirləri bir sıra ümumi məsələləri müzakirə edəcəklər.

Rusiyanın Suriyada iki hərbi obyekti var: Tartus liman şəhərində RF Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təminat bazası və Lazkiya vilayətində, Cebla şəhəri yaxınlığındakı Xmeymim aviabazası.

Tartusdakı bazanın təməli 1971-ci ildə, ikitərəfli razılaşmalar əsasında qoyulub.

Əbu Kəsra bu ilin fevral ayındakı çıxışı zamanı Suriyaya üçün sərfəli olacağı təqdirdə, Rusiyanın Tartus və Xmeymimdəki bazalarının saxlanılacağını xəbər vermişdi. 

Hürr Tərcüman

 

Seçilən
15
hurriyyet.az

1Mənbələr