AZ

Tarix açıqlandı: Qatlanan iPhone gəlir

“JPMorgan”ın yaydığı məlumatlara görə, Apple ilk qatlanan iPhone modelini 2026-cı ildə təqdim edəcək. "iPhone Fold" adlandırılması gözlənilən cihazın sentyabrda keçiriləcək ənənəvi tədbirdə tanıdılması ehtimal olunur. 
Sherg.az xəbər verir ki, qiymətinin ABŞ-də 1.999 dollar, İngiltərədə isə 1.999 funt sterlin olacağı güman edilir.

Sızan məlumatlara əsasən cihaz 7.8 düymlük daxili və 5.5 düymlük xarici ekrana, zirkonyum əsaslı LiquidMetal menteşəyə, titanyum korpusa və Touch ID texnologiyasına sahib olacaq. Apple üçün bu, indiyədək ən radikal dizayn dəyişikliklərindən biri sayılır.



Seçilən
14
sherg.az

1Mənbələr