Füzulidə yük maşını evakuatorla toqquşub.
“Qafqazinfo” nun əldə etdiyi xəbərə görə, hadisə rayonun Alıxanlı kəndi ərazisində baş verib. Aqil Rəhmanlının idarə etdiyi “HOWO” markalı yük maşını Şəmistan Abbasovun idarə etdiyi evakuatorla toqquşub. Nəticədə hər iki sürücü A.Rəhmanlı və Ş.Abbasov müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı araşdırma başlanılıb.
Ziya Əmirxanlı