Rusiyanın Kiyevə son raket hücumu zamanı 9-cu mərtəbədən yerə düşən Veronika adlı möcüzə nəticəsində sağ qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN xəbər agentliyi yazıb.
Veronikanın sözlərinə görə, partlayış zamanı hər şey çox sürətli baş verib: əvvəlcə partlayış səsi eşidib, sonra isə birdən-birə özünü yerə çırpılmış vəziyyətdə tapıb. O, hadisə zamanı şüurunu itirməyib, yalnız ayağı sınıb və bir dişi qırılıb.
Qız ehtimal edir ki, onu yataqda olarkən partlayış dalğası ilə birlikdə pəncərədən atıb və yatağın yumşaq olması həyatda qalmasına səbəb olub.
Veronikanın valideynlərinin harada olduğu və onların aqibəti hələlik məlum deyil.
Qeyd edək ki, son hücum nəticəsində Kiyevdə 132 nəfər xəsarət alıb, onlardan 12-si uşaqdır. 30 nəfər – o cümlədən 5 uşaq – xəstəxanada stasionar müalicə alır, 97 nəfərə isə ambulator yardım göstərilib.
8 nəfər isə həyatını itirib.
UNİAN-ın yayımladığı görüntülərdə, Kiyev şəhərinin Qarmatnaya və Maşinostroitel küçələrinin kəsişməsində yerləşən bir binanın divarında nəhəng bir deşik əmələ gəlib. Bu, hücumun miqyasını və dağıntıların ciddiliyini göstərir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta