AZ

Lavrov: Rusiya Suriyanın bərpasında iştiraka hazırdır

Lavrov:

Rusiya Federasiyası Suriyaya münaqişədən sonrakı bərpa işlərində kömək etməyə hazırdır.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Əsəd əl-Şibani ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Biz Suriyanın birliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasına dəstəyimizi təsdiqləmişik",- Lavrov əlavə edib. - Biz Suriya xalqına münaqişədən sonrakı bərpa işlərində hər cür kömək göstərməyə hazırıq. Biz razılaşdıq ki, bu məsələlərlə bağlı dialoq davam etdiriləcək”.

Lavrovun sözlərinə görə, Moskva və Dəməşqin qarşılıqlı faydalı əlaqələrin qurulmasında böyük təcrübəsi var. Ötən illər ərzində ölkələr çoxlu sazişlər və müqavilələr bağlayıblar. Nazir qeyd edib ki, tərəflər, bununla əlaqədar, ikitərəfli sazişlərin inventarlaşdırılması barədə razılığa gəliblər.

Rusiya XİN rəhbəri bildirib ki, bu gün bütün sahələrdə - ticarətdə, iqtisadiyyatda, təhlükəsizlik, humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın yeni şəraitdə inkişaf perspektivlərini müzakirə ediblər.

ELÇİN
Seçilən
20
reyting.az

1Mənbələr