ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun prezidentliyi dövründə tətbiq olunan gömrük rüsumları ölkəni “yenidən böyük və varlı” edib.
KONKRET.az xəbər verir ki, Trampın sözlərinə görə, uzun illər ərzində digər ölkələr ABŞ-a qarşı gömrük rüsumlarından istifadə edib və bu, Amerikanın iqtisadiyyatına zərbə vurub:
“Bütün bunlara səbəb ağılsız, miskin və satılmış siyasətçilər idi. Lakin indi hər şey tamamilə dəyişib. Amerika bu tarif hücumunu uğurla dəf etdi. Bir il əvvəl Amerika ölü bir ölkə idi, indi isə dünyanın ən ‘qaynar’ ölkəsidir”, – deyə Tramp vurğulayıb.
O, həmçinin gömrük siyasətini müdafiə edən hüquqşünaslara təşəkkür edib.
Müşviq Tofiqoğlu
KONKRET.az