AZ

Dünyanın ən çox qızıl ehtiyatına sahib ölkələri AÇIQLANDI

Dünya Qızıl Şurası 2025-ci ilə dair yenilənmiş qızıl ehtiyatları siyahısını açıqlayıb. Siyahıda ABŞ 8133,5 tonla liderliyini qoruyur. Almaniya 3350,3 tonla ikinci, Beynəlxalq Valyuta Fondu (BVF) 2814 tonla üçüncü yerdədir. İtaliya (2451,8 ton) və Fransa (2437 ton) ilk beşliyi tamamlayır.

News24.az xəbər verir ki, Rusiya 2329,6 tonla altıncı, Çin 2296,4 tonla yeddinci sırada qərarlaşıb. Onları İsveçrə (1039,9 ton), Hindistan (879,6 ton) və Yaponiya (846 ton) izləyir.

Azərbaycan qonşusu olan Türkiyə isə 632,4 tonla 11-ci yerdədir. Ölkənin ehtiyatlarının 48,8%-i qızıldan ibarətdir. Son illərdə Türkiyənin qızıl ehtiyatında ciddi artım müşahidə olunur ki, bu da iqtisadi sabitlik və maliyyə təhlükəsizliyini artırmağa yönəlib.

Siyahının davamında Niderland (612,5 ton), Polşa (515,5 ton), Avropa Mərkəzi Bankı (506,5 ton), Tayvan (423,9 ton), Portuqaliya (382,7 ton), Özbəkistan (355,5 ton), Səudiyyə Ərəbistanı (323,1 ton), Böyük Britaniya (310,3 ton) və Qazaxıstan (298,8 ton) yer alır.

Qızıl ehtiyatları, artan qlobal qeyri-müəyyənlik şəraitində ölkələrin iqtisadi təhlükəsizliyini təmin edən əsas amillərdən biri kimi qalır.

Xeyrənsə Piriyeva

Seçilən
45
1
news24.az

2Mənbələr