AZ

Başladı! Bu ölkə Rusiya neftindən imtina etdi - Trampın hədələri nəticə verir

Hindistanın neft emalı zavodları ABŞ Prezidenti Donald Trampın təhdidləri səbəbindən Rusiyadan neft almağı dayandırıb.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, ötən həftə ABŞ Prezidenti Donald Trampın Moskvanın ticarət tərəfdaşlarını 100 faizlik rüsumlarla hədələməsindən sonra Hindistanın dövlət neft emalı zavodları Rusiya neftinin alınmasını dayandırıb. Bu barədə “Reuters” sənaye mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, sözügedən şirkətlər Indian Oil Corp, Hindustan Petroleum Corp, Bharat Petroleum Corp və Mangalore Refinery Petrochemical Ltd-dir. Qeyd olunur ki, dövlətə məxsus neft emalı zavodları Hindistanın ümumi neft potensialının 60 faizindən çoxuna nəzarət edir. Agentlik həmçinin xatırladıb ki, Hindistan dünyanın üçüncü ən böyük neft idxalçısı və dəniz yolu ilə nəql edilən Rusiya neftinin ən böyük alıcısıdır.

ElcanMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr