BAKI, 31 iyul. TELEQRAF
“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin tikintisinə 50 milyon 31 min 464 manat xərc çəkəcək.
Teleqraf xəbər verir ki, qurum müvafiq işlər üzrə tender elan edib və podratçı axtarışındadır.
Qeyd edək ki, namizədlər təkliflərini təqdim etmək üçün 7504 manat iştirak haqqı ödəməlidirlər.
Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə avqustun 7-nə təyin olunub.