AZ

Məktəb direktorunun səs yazısı yayıldı — Araşdırma APARILACAQ

Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva ilə bağlı mətbuatda və sosial şəbəkələrdə bir sıra iddialar yayılıb.

Demokrat.az  “Modern.az”a istinadən xəbər verir ki, onun müəllimlərə qarşı uyğunsuz davrandığı bildirilib.

Ona məxsus olduğu iddia edilən səs yazısında direktor müəllimləri təhqir edib.

Məsələyə Bakı Şəhəri üzrə Təhsil İdarəsi münasibət bildirib.

Qeyd olunub ki, Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı İdarə tərəfindən araşdırma aparılacaq.

Bildirilib ki, hazırda məktəbin pedaqoji heyəti məzuniyyətdə olduğu üçün araşdırmanın məzuniyyət dövründən sonra aparılması nəzərdə tutulur.

"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Seçilən
31
22
demokrat.az

10Mənbələr