AZ

Təyyarədə təhlükəli anlar: 25 nəfər yaralandı

ABŞ-dan Hollandiyanın Amsterdam şəhərinə uçan Delta Hava Yollarına məxsus sərnişin təyyarəsi şiddətli türbülensə düşüb. Hadisə nəticəsində 25 nəfər xəsarət alıb. Salt Leyk Sitidən havaya qalxan DL56 reysi ilə uçan Airbus A330-900 tipli təyyarə turbulens səbəbindən kursunu dəyişərək yerli saatla 20:00-da Minneapolis şəhərinə təcili eniş edib.

News24.az xəbər verir ki, Delta şirkətinin açıqlamasına görə, enişdən dərhal sonra tibbi yardım komandaları sərnişinləri və heyəti müayinə edib, 25 nəfər xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti barədə əlavə məlumat verilməyib.

Şirkət, zərərçəkənlərə dəstək göstərilməsi üçün xüsusi “Delta Care Team” qrupunun cəlb olunduğunu bildirib. Təyyarədə ümumilikdə neçə nəfərin olduğu açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Xeyrənsə Piriyeva

Seçilən
82
news24.az

1Mənbələr