AZ

İsveçdən Avrapa İttifaqına ÇAĞIRIŞ: “Dayandırın”

İsveçin Baş naziri Ulf Kristersson Avropa İttifaqını İsraillə ticarət üzrə əməkdaşlıq sazişini təcili olaraq dayandırmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, Qəzzadakı vəziyyəti şərh edərkən bildirib.

“Qəzzada vəziyyət tamamilə dəhşətlidir. İsrail əsas öhdəliklərini və təcili humanitar yardım üzrə razılaşmaları yerinə yetirmir. Buna görə də İsveç Avropa İttifaqından İsraillə əməkdaşlıq sazişinin ticarət hissəsini mümkün qədər tez dayandırmağı tələb edir. İsrailə iqtisadi təzyiq gücləndirilməlidir. Bu ölkənin Nazirlər Kabineti Qəzzaya humanitar yardımın maneəsiz şəkildə çatdırılmasına icazə verməlidir”, – deyə Kristersson bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
21
1
konkret.az

2Mənbələr