"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə keçirəcəyi hər iki oyuna təyinatlar açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, Skopyedəki ilk görüş Slovakiyadan, Bakıdakı cavab qarşılaşması isə Niderlanddan olan hakimlər briqadasına həvalə olunub.
"Qrabağ"ın səfər matçının baş hakimi İvan Kruzliak olacaq. Ona Branislav Hançko, Yan Pozor kömək edəcək. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək. Görüşün VAR hakimi Mixal Oçenaş, AVAR hakimi isə Boris Marhefka olacaq.
Bakıda baş tutacaq görüşü isə Danni Makkelie idarə edəcək. Köməkçilər Hessel Steeqstra və Yan de Vries olacaq. Dördüncü hakim funksiyasını isə Mark Naqteqaal yerinə yetirəcək. Bu qarşılaşmanın VAR hakimi Dennis Hiqler, AVAR hakimi isə Riçard Martens olacaq.
Qeyd edək ki, komandalar arasında avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma isə saat 20:00-da başlayacaq.