“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsini keçəcəyi halda, “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacağı bəlli idi.
FCSB-nin prezidenti Cici Bekali başda olmaqla az qala hər kəs “Qarabağ”a məhz FCSB-nin rəqib olacağını deyirdi. Lakin Şimali Makedoniya təmsilçisi hər iki oyunda qələbə qazanmaqla (1:0, 2:1) “köhlən atlar”ın yolu üzərinə çıxdı.
Bəs “Şkendiya” necə klubdu?
Təməli 1979-cu ildə qoyulan klub artıq tarixinin ən böyük uğuruna imza atıb. Belə ki, “Şkendiya” ilk dəfə olaraq avrokuboklarda əsas mərhələdə oynayacaqlar. Avropada təsnifat mərhələlərindən tanınan komanda heç vaxt pley-off səddini aşa bilməyib. İndiki “transfermarkt” dəyəri 5,5 milyondu. Yəni “Qarabağ”dan təxmninən 5 dəfə az. Ölkəsində əsas rəqibi “Vardar” olan “Şkendiya” ev oyunlarını 15500 yerlik “Ekoloq Arena”da keçirir.
Klubun buna qədər tarixində ən ciddi uğuru 2018/19 mövsümündə Avropa Liqasında pley-off oynamaq olub. Avropa Liqasının qrup mərhələsinin biraddımlığında olan “Şkendiya” “San Siro”da “Milan”dan 6, “Ekoloq Arena”da 1 cavabsız top buraxıb. 2024/25 mövsümündə 33 oyuna 70 xal toplayaraq çempion olan komanda tarixində beşinci dəfə hamını qabaqlayıb.
Komandanın ən təhlükəli futbolçusu mərkəz hücumçusu Besart İbraimidi. Ötən mövsüm 15 qol vuraraq klub tarixində bir mövsümdə ən çox qol vuran futbolçu statusuna yiyələndi.
“Şkendiya” keçiləsi rəqibdimi? Keçilməlidi! Amma bu hücum xətti ilə çətin olacaq.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta