AZ

Azərbaycanın alma ixacından qazancı 36 milyon manata yaxınlaşıb

2025-ci ilin ilk altı ayında Azərbaycanın alma ixracında ciddi artım qeydə alınıb. Hesabat dövründə xaricə 35,6 milyon ABŞ dolları dəyərində alma ixrac olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 milyon dollar və ya 56,1% çoxdur.

2024-cü ilin yanvar-iyun aylarında ölkədən 22,8 milyon dollar dəyərində alma ixrac edilmişdi.

Seçilən
9
fed.az

1Mənbələr