AZ

Birinci Liqanın debütantının ilk rəqibi "Neftçi" oldu

Ötən mövsüm Premyer Liqanı sonuncu pillədə başa vuraraq I Liqaya yuvarlanan "Səbail"in ilk sınaqçı rəqibi müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, iyulun 25-dən növbəti mövsümün hazırlığına başlayan "dənizçilər" bazar günü ilk yoxlama oyununa çıxacaq.

Rəqib "Neftçi"nin 19 yaşadək futbolçulardan ibarət komandası olacaq. Oyun "ASCO Arena"da baş tutacaq və saat 17:00-da başlayacaq. 

Xatırladaq ki, 2017-ci ildən Premyer Liqada çıxış edən "Səbail" 8 ildən sonra elitanı tərk edib. 

Mirağa

Seçilən
3
fanat.az

1Mənbələr