AZ

“Neftçi”nin sonuncu yoxlama oyununun vaxtı müəyyənləşib

“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununun vaxtı müəyyənləşib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda avqustun 1-də Kiprin AEL klubu ilə qarşılaşacaq.

Görüş Byalobjeqdə yerləşən “Mieyski” stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, bundan əvvəl “Hapoel" (İsrail, Təl-Əviv) (1:1) və “Termalika" (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.

Seçilən
44
10
report.az

10Mənbələr