“İkinci müddət haqqında unut. Bu, artıq heç bir xaki rəngli köynəklə örtülə bilməyəcək bir ləkədir. Bu, artıq heç vaxt səndə qopmayacaq. Bu, ZE END-dir”, - UMAB və İAP-ın müstəqilliyinin bərpası ilə bağlı səsvermədən əvvəl çıxışında deputat deyib.
Xatırladaq ki, bununla bağlı elə Ukrayna prezidentinin təqdim etdiyi qanun layihəsini 331 deputat dəstəkləyib.
Qonçarenko bildirib ki, hakimiyyət bundan əvvəl antikorrupsiya qurumlarının müstəqilliyini təhlükə altına alaraq“biabırçı səhvə”yol verib.
![]() |
Ukraynada qalmaqal yaradan qanun ləğv olundu |
Yeri gəlmişkən, bu iclasda deputat Dmitri Kostyuk president Volodimir Zelenskinin sədri olduğu hakim “Xalqın qulluqçusu” fraksiyasından çıxdığını bəyan edib. O, parlament tribunasından bəyanat verərək,iyulun 22-də Radanın antikorrupsiya qurumlarının müstəqilliyini məhdudlaşdıran qanun layihəsini təsdiqləməsinə belə cavab sərgilədiyini deyib.

“Bu, keçən həftə verdiyimiz səsverməyə münasibətimdir. Bəli, 262 həmkarım kimi şəxsən bu qanun layihəsinə səs vermişəm, lakin sonradan öz mövqeyimə yenidən baxmışam. Mən özümü Volodimir Zelenskinin komandasının üzvü hesab edirəm, onun sayəsində seçildim. Məhz laqeyd qalmadığım üçün səs verməyimiz üçün bizə təqdim verilən qərarlarla bağlı çoxlu suallarım var”, - hakim fraksiyanın üzvü vurğulayıb.
Dmitri Kostyuk, eyni zamanda, ölkənin antikorrupsiya qurumlarının işinin effektliliyinə şübhə ilə yanaşdığını açıqlayıb.
«ЗЕ ЕНД. Забудь о втором сроке!» — нардеп Гончаренко обратился к Зеленскому pic.twitter.com/vOqFHUxYnu
— Seymur Bakshev (@SBakshev) July 31, 2025
Sahil İsgəndərov
AzVision.az