AZ

Anasını xilas etmək üçün ağrısını unutdu – Bursada dəhşətli qəza anı kamerada + FOTO

Bursanın Nilüfer rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobilin vurduğu ana və oğlu xəsarət alıb. Hadisənin ən təsirli məqamı isə balaca uşağın öz acısını unudaraq anasına kömək üçün ətrafdakılara müraciət etməsi olub. Bu dramatik anlar yaxınlıqdakı obyektin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

News365.az xəbər verir ki, hadisə piyada keçidindən keçmək istəyən ana və oğlunun sürətlə hərəkət edən avtomobil tərəfindən vurulması ilə baş verib. Zərbənin gücündən yerə yıxılan ana və uşaq xəsarət alıblar.

Qəzanın ardından sürücü və ətrafdakı vətəndaşlar dərhal yaralıların köməyinə gəliblər. Yaralanan uşaq anasının yanına qaçaraq ətrafdakılardan kömək istəyib.

Dərhal hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra Çekirge Dövlət Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qəza ilə bağlı araşdırma aparılır.

News365.az 

Seçilən
15
news365.az

1Mənbələr