AZ

Livan prezidenti: "Hizbullah" silahlarını orduya təhvil verməlidir"

Livan torpaqlarında müharibələrə və qan tökülməsinə birdəfəlik son qoymaq üçün qeyri-hökumət qrupları tərksilah etməlidir.

Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Livan Prezidenti Cozef Aun Livan ordusunun yaradılmasının 80 illiyi ilə bağlı keçirilən tədbirdə deyib.

"Biz Livanı dağılmaqdan xilas etmək fürsətini əldən verə bilmərik, ona görə də "Hizbullah" da daxil olmaqla bütün partiyalar silahlarını Livan ordusuna təhvil verməlidirlər", - deyə Livan prezidenti vurğulayıb.

Onun sözlərinə görə, belə bir addım bütün Livan ərazisində suverenliyin bərpasına töhfə verəcək.

Seçilən
19
moderator.az

1Mənbələr