Bakı, 31 iyul, AZƏRTAC
"İmişli" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, serbiyalı yarımmüdafiəçi Nikola Karaklayiç heyətə cəlb olunub.
Oyunçu ilə 2 illik müqavilə imzalanıb. O, son olaraq ölkəsində "Novi Pazar" komandasında çıxış edib.