AZ

Zaqatalada piyadanı vurub qaçan sürücü saxlanıldı - YENİLƏNİB

Zaqatalada avtomobillə 59 yaşlı qadını vurub hadəsə yerindən yayınan sürücü saxlanılıb.

Redaktor.az xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Südabə Mürsəliyevanı idarə etdiyi "VAZ -2106” markalı avtomobillə vurub öldürərək hadisə yerindən qaşan sürcünün Muxax kənd sakini 1958-ci il təvəllüdlü Fikrət Ramazanov olduğu müəyyən edilib.

F.Ramazanov polis əməkdaşları tərəfindən saxlanılıb.

***

15:07

Zaqatalada maşın piyadanı vuraraq öldürüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Zaqatala-Muxax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, avtomobil 1966-cı il təvəllüdlü Muğanlı kənd sakini Südabə Mürsəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Piyadanı vuran avtomobilin hadisə yerindən yayındığı bildirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

ZaqataladaZaqatalada

Seçilən
24
4
redaktor.az

5Mənbələr