Bakı. Trend:
M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədiavtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrindəaparılacaq təmir işləri ilə əlaqədar olaraq, 1 avqust tarixindənetibarən avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildəməhdudlaşdırılacaq.
Trendxəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyi məlumat yayıb.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması aparılan işlərbitənədək qüvvədə olacaq:
"Sürücülərdən sözügedən hissələrdə hərəkətdə olarkən diqqətliolmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarınıntələblərinə riayət etmələri xahiş olunur".