“Fənərbağça”dan ayrılan Duşan Tadiçin yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi ölkəsinin “Srvena Zvezda” klubu ilə anlaşıb. Bu barədə “Mondo” nəşri məlumat yayıb. Tadiçin keçidi yaxın zamanda açıqlanacaq.
36 yaşlı futbolçunun illik maaşı 2 milyon avroya yaxın olacaq. O, komanda Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazansa, əlavə 200 min avro, turnirdə qazanılacaq hər xala görə 30, vurduğu qol və ya məhsuldar ötürməyə görə isə 5 min avro bonus qazanacaq.