"M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 1 avqust tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq".
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
"Sürücülərdən sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.