AZ

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Mən qadınam” tammetrajlı bədii film ssenari müsabiqəsinin münsiflər heyəti qalibləri müəyyənləşdirib.

Kulis.az xəbər verir ki, müsabiqənin münsiflər heyətinin sədri Vidadi Həsənov və münsiflər heyətinin üzvləri Nadir Bədəlov, Vaqif Azəryar, Sevda Sultanova müsabiqəyə qatılmış 96 ssenaridən 71-ni finala buraxıblar.

Vacib məqam odur ki, bu il əvvəlki illərlə müqayisədə müsabiqəyə müraciət edən qadın müəlliflərin sayı kişi müəlliflərlə eynidir. Müsabiqənin təşkilatçılarının məqsədlərindən biri də xanım müəlliflərin aktivliyinin artırılması idi.

“Mən qadınam” tammetrajlı ssenari müsabiqəsində birinci yeri Rüstəm Babazadə, Əli-Səttar Quliyev “Gəlin”, ikinci yeri Çinarə Əlişli “Piyada vəzirə doğru”, üçüncü yeri isə “Qonşu evin işıqları” ssenarinə görə Səməd Ağayev tutub.

Qaliblər diplom və pul mükafatı (I yer - 5000 AZN, II yer - 3500 AZN, III yer - 2500 AZN) ilə təltif ediləcəklər.

Bununla yanaşı, münsiflərin qərarı ilə 3 ssenari də diplomlara layiq görülüb.

Müsabiqənin keçirilməsinin əsas məqsədlərindən biri də müasir Azərbaycan qadınının obrazını bütün dolğunluğu ilə tamaşaçıya çatdıran ssenarilərin çoxalması, qadın müəlliflərinin aktivliyinin artması, cəmiyyətimizdə gender münasibətlərində harmoniyaya çağırışı idi.

Seçilən
33
2
kulis.az

3Mənbələr