AZ

Hindistanda tibbi sensasiya: Yeni qan qrupu tapıldı

Hindistanın Karnataka ştatında həkimlər tibb dünyasında önəmli sayılan yeni qan qrupu kəşf ediblər.

Azreform.info milli.az-a istinadən xəbər verir ki, Kolar bölgəsindən olan 38 yaşlı qadının qanı "O Rh+" kimi təsnif edilsə də, heç bir donorla uyğun gəlməyib.

Qabaqcıl testlər nəticəsində qadının qanının bütün nümunələrlə uyğunsuz olduğu müəyyən edilib. Ailə üzvlərinin qanı da uyğun çıxmayıb. Nümunələr daha sonra Böyük Britaniya və Hindistandakı laboratoriyalarda analiz olunub və nəticədə elmə məlum olmayan CRIB adlı yeni qan qrupu təsdiqlənib.

Kəşf Milan şəhərində keçirilən beynəlxalq tibbi konqresdə təqdim olunub. Mütəxəssislər bu halın genetik səbəblərlə, xüsusilə qohum evlilikləri ilə əlaqəli ola biləcəyini bildiriblər.

Seçilən
42
4
azreform.info

5Mənbələr