Portuqaliya Fələstin dövlətini tanımağı nəzərdən keçirir.
Bununla bağlı Portuqaliyanın Baş naziri Luis Monteneqronun ofisi bəyanat yayıb.
Bəyanata görə, Portuqaliya sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmi olaraq tanımağı düşünür.
Qeyd edək ki, bundan əvvəl Fransa, Böyük Britaniya, Kanada və Malta Fələstini rəsmi olaraq dövlət kimi tanıyacaqlarını elan etmişdilər.
MənbəAPA