Minsk Qərb ölkələrilə, o cümlədən miqrasiya siyasətinə dair istənilən danışıqlara və müzakirələrə açıqdır.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bir neçə il əvvəl Belarus faktiki olaraq AB ölkələrini miqrant basqınlarından qorumuşdu. Bizə qarşı tamamilə əsassız, qanunsuz sanksiyalar tətbiq etdilər. Mən isə tam səmimi dedim: Daha sizi boynumdakı ilgəklə müdafiə etməyəcəyəm. Üstəlik, miqrasiya siyasəti ilə bağlı bizimlə bütün əlaqələri kəsmisiniz. Buna baxmayaraq, Belarus istənilən danışıqlara və müzakirələrə, o cümlədən miqrasiya siyasəti ilə bağlı müzakirələrə açıqdır”, - o bildirib.