Paytaxtın "Ağ Şəhər" ərazisində tikintidə bədbəxt hadisə baş verib.
Referans-ın əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Qaya Elçin oğlu Mahmudov tikinti zamanı hündürlükdən yıxılıb. Hadisə nəticəsində onun hər iki qolu və bir ayağı sınıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. O, yaxın saatlarda əməliyyat olunacaq.