Cari ilin ikinci rübündə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə cüzi artaraq təxminən 4,2 milyon ton (0,06 faiz) təşkil edib.
BAKU.NEWS SOCAR-ın açıqladığı rüblük hesabata istinadən xəbər verir ki, bura şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.
Ölkə üzrə təbii qaz ixracı 6,2 milyard kubmetr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,6 milyon kubmetr az (0,69 faiz), istehlakı isə 2,4 milyard kubmetr təşkil edib. Təbii qaz istehlakında 6 faiz artım qeydə alınıb.