Səudiyyə Ərəbistanının Təyif şəhəri yaxınlığında yerləşən Əl-Xəda bölgəsindəki “Green Mountain” əyləncə parkında qorxulu anlar yaşanıb.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, “360 dərəcə” adlı ekstremal attraksion işlədiyi vaxtda qurğunun mərkəzi dayağı qəfil qırılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə attraksionun iki yerə ayrıldığı aydın görünür. Zərbənin gücü ilə ziyarətçilərdən biri bir neçə metr uzağa atılır.
Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində azı 23 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır və kritik travmalarla xəstəxanaya yerləşdirilib. Qalanlar isə orta dərəcəli bədən xəsarətləri alıblar.
Həmidə İbrahimova