AZ

8 yaşdan kiçik qızlarda bu əlamətlər varsa…



Qız uşaqlarında cinsi inkişaf erkən vəya gecikmiş ola bilər. Bu yaş dönəmlərində analar diqqətli olmalıdır.


“Medicina” xəbər verir ki, uşaq endokrinoloqu Ziya Qurbanov 8 yaşdan kiçik qız uşaqlarında bu əlamətlərə diqqət çəkib.


“Valideynlər ən çox bu əlaməti görür: qolaltı və bədəndən çox kəskin tər qoxusunun gəlməsi, tüklənmənin olması, süd vəzilərinin sürətlə inkişafı, saç yağlanması, üzdə səpkilər, əsəbilik, həssaslıq, vaxtından əvvəlmenstruasiya olması.

Ümumiyyətlə, 11 yaşdan əvvəl menstruasiya başlayırsa, bu erkən cinsi inkişaf və hormonal disbalans ola bilər, yəni normal sayılmır. Vaxtında həkimə müraciət etdikdə, erkən cinsi inkişafı dayandırmaq olur”.


Aygün Musayeva

Seçilən
0
medicina.az

1Mənbələr