AZ

Fuad Nağıyev Səudiyyə Ərəbistanının səfiri ilə turizm əməkdaşlığını müzakirə edib

İyulun 31-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.

Doğru.az xəbər verir ki, görüş zamanı Fuad Nağıyev ölkəmizin turizm potensialı, mövcud destinasiyalar və bu sahədə görülən işlər barədə məlumat verib.

Tərəflər turizmin iki ölkə arasında münasibətlərin inkişafındakı rolunu vurğulayıb, gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Səfir İssam bin Saleh əl-Cuteyli, Səudiyyə Ərəbistanının turizm naziri və BMT Turizm Təşkilatının Baş katibi adından Fuad Nağıyevi 2025-ci il noyabrın 7-dən 11-dək Ər-Riyadda keçiriləcək BMT Turizm Təşkilatının Baş Assambleyasının 26-cı sessiyasında iştiraka dəvət edib.

DOĞRU.AZ

Seçilən
14
8
dogru.az

10Mənbələr