Müasir şəhərlər yüksələn binalar, asfalt küçələr və tıxaclar arasında nəfəs almağa çalışır. Sürətlə artan urbanizasiya isə təbiəti şəhərdən uzaqlaşdırır: ekosistemlər məhv olur, su ehtiyatları azalır, torpaqlar deqradasiyaya uğrayır, iqlim dəyişikliyi güclənir.
Yaşıl sahələr sadəcə estetik görüntü deyil – şəhərin nəfəsidir.



Təbiətlə təmas yalnız ekologiya üçün deyil, insan üçün də həyat deməkdir: stress azalır, ruhumuz dincəlir, psixoloji rifahımız artır, biz daha aktiv və sağlam oluruq.
Təbiəti şəhərə qaytarmaq – həm bu günün, həm də gələcəyin ən dəyərli investisiyasıdır.
Bu, davamlı, yaşana bilən şəhərlərin qurulmasının əsas yoludur.
Gəlin, təbiətə yer açaq ki, nəfəsimiz açılsın!