Azərbaycan bizə doğmadır. Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim, amma İsrail bunu bacarır. Biz əlaqə qura bilmirik.
Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərə dair açıqlamasında deyib.
Pezeşkian bu yaxınlarda Bakıya səfəri ilə bağlı ölkə daxilindəki tənqidlərə sərt reaksiya verib:
“Əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir. Əlaqə yaradılmayıbsa, günah bizdədir”.