AZ

Yusif İmanov AFFA-ya şikayət edib?

Yusif İmanov – “Sabah” münaqişəsi davam edir.

Qapıçı klubu ona subyektiv münasibət göstərməkdə, toplanışlara aparmamaqda suçlayaraq müqaviləni birtərəfli qaydada pozub, klub da öz növbəsində müqavilə öhdəliklərini pozmaqd suçladığı Yusifdən 53 manat istəyir. Məsələnin hüquqi yolla tənzimlənəcəyi şübhə doğurmur.

Bəs İmanov AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edibmi? Komitə ilə əlaqə saxladıqda məlum oldu ki, indiyə qədər futbolçudan hansısa müraciət daxil olmayıb. Yerli quruma müraciət etmədən FİFA-ya üz tutmağın nə dərəcədə məqsədəuyğun olduğunu isə futbolçunun nümayəndələri deyə bilər.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
9
football-plus.az

1Mənbələr