“İnter Mayami”nin yeni transferi Rodriqo De Paul açıqlama verib.
Futbolpress.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi komanda yoldaşı və həmyerlisi Lionel Messi haqda danışıb:
“Yeni komanda yoldaşlarım məni çox yaxşı qəbul etdi. Onların bəziləri ilə əvvəldən tanış idim. Özümü burda rahat hiss edirəm. Messi? Ona titul qazanmağa kömək etmək istəyirəm. O, tarixin ən yaxşı oyunçusudur. Millidə birlikdə oynayırdıq, indi klubda bu qismət oldu”.