AZ

Donnarumma qərarsızdır: qalır, yoxsa gedir?

Fransa nəhəngi PSJ-nin qapıçısı Canluici Donnarummanın klubdakı gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı ulduz qapıçı komandada qalmaq ehtimalını tam istisna etməyib. Klubun rəhbərliyi ilə danışıqlar davam edir və Donnarumma qərarını qarşıdakı aylarda verəcək.

Hazırda onun Paris təmsilçisi ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.

Qeyd edək ki, Donnarumma ilə “Çelsi”, “Mançester Yunayted”, “Mançester Siti” və “Qalatasaray” kimi klubların maraqlandığı bildirilir. Lakin qolkiperin öz karyerası ilə bağlı yekun qərarı yaxın aylarda verəcəyi gözlənilir.

Seçilən
23
idmanxeber.az

1Mənbələr