AZ

“Bu, bizi ruhdan salmadı, bir az əsəbilik yarandı”

“Qol buraxandan sonra bir az əsəbilik yaranmışdı.

Çünki qolu biz vurmalıydıq, onlar yox”.

Bu sözləri Sportinfo.az- a açıqlamasında “Araz-Naxçıvan”ın sag cinah yarımmüdafiəçisi Çarles Boli deyib.

Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan legioner Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Aris”lə keçirilən ilk matçı (2:1) xatırlayıb:

“Yunanların hesabı açması bizi ruhdan salmadı. Əksinə, komanda üzvlərini ruhlandırdı. Əmin idik ki, biz də lazım olan qolları vuracağıq.

Sərgilədiyimiz oyun və yaratdığımız qol vəziyyətləri bizdə inam yaratmışdı. Buraxdığımız qol bizi daha da aqressivləşdirdi. Sonluq təxmin etdiyim kimi oldu”.

Seçilən
114
49
sportinfo.az

10Mənbələr