AZ

Koreya şirkətlərinin Azərbaycanda kibertəhlükəsizlik sahəsində aktiv iştirak imkanları dəyərləndirilib

Bakı. Trend:

Azərbaycan və Koreya Respublikası arasında süni intellekt,kibertəhlükəsizlik, rəqəmsallaşma sahələrində əməkdaşlığıngenişləndirilməsi imkanları müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə rəqəmsalinkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəhesabında paylaşım edib.

"Koreya Respublikasının ölkəmizdəki səfiri Kang Kymgu iləgörüşdük. Görüşdə Azərbaycan Respublikası Hökuməti və KoreyaRespublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə BirgəKomissiyanın fəaliyyəti və növbəti iclasın keçirilməsi haqqındamüzakirələr apardıq.

Süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahələrindəəməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında birbaşauçuşların təşkili, həmçinin, Koreya şirkətlərinin Azərbaycandaaktiv iştirak imkanları barədə fikir mübadiləsi apardıq", - deyəpaylaşımda qeyd edilib.

Seçilən
49
8
az.trend.az

8Mənbələr