AZ

Avstraliyadan İsrailə xəbərdarlıq: “Ədalətli sülhün qarşısını almayın”

Avstraliyanın Daimi Nümayəndəsi Larsen BMT Baş Assambleyasında keçirilən Fələstin probleminin sülh yolu ilə həllinin tapılması və iki dövlətli həll yolunun həyata keçirilməsinə dair Yüksək Səviyyəli Beynəlxalq Konfransda çıxış edib.

Turkustan.az xəbər verir ki, Larsen "zorakılıq dövrəsini" qırmaq üçün iki dövlətli həll yoluna ehtiyac olduğuna diqqət çəkərək, bunun bölgədə ədalətli və davamlı sülh üçün "yeganə ümid" olduğunu vurğulayıb.

O, İsrail hökumətinin iki dövlətli həllə xələl gətirən hərəkətlərindən "son dərəcə" narahat olduğunu vurğulayaraq: "Dünya dəyişir və iki dövlətli həll İsrailin uzunmüddətli təhlükəsizliyi üçün vacibdir" dedi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
43
turkustan.az

1Mənbələr