AZ

Başqasından hamilə qalan 13 yaşlı qızı evlənmək üçün qaçırdı, həbs edildi

Masallı rayonunda 13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs edilib.

Turkustan.az-ın məlumatına görə, hadisə Masallı şəhəri ərazisində baş verib.

Şəhər sakini, 2002-ci il təvəllüdlü Fərid Azadov (ad və soyad şərtidir) şəhər ərazisindəki parkda 2011-ci il təvəllüdlü F.N adlı xanımla tanış olmaq istəyib. Amma qız onunla tanış olmaq təklifini qəbul etməyib.

Bir müddətdən sonra F.N "TikTok" sosial şəbəkəsində Fəridin şəkillərini görüb bəyənib və ona mesaj yazaraq həmin şəxs olduğunu bildirib. Danışıq əsasında oğlanla qız arasında sevgi münasibətləri yaranıb və onlar görüşmək qərarı verib. Görüş zamanı Fərid F.N ilə ailə qurmaq istədiyini bildirib. F.N oğlana yalan danışaraq 18 yaşının tamam olacağını bildirib. Əslində isə F.N-nın həmin vaxt 13 yaşı olub. Cütlük bir müddət görüşəndən sonra məlum olub ki, F.N hamilədir. Amma qızın hamiləliyi Fəriddən əvvəl olub. F.N Fəridə bu barədə məlumat verib və Daşqın adlı şəxsdən hamilə qaldığını bildirib. Fərid F.N-nın hamiləliyini qəbul edib və onu evlənmək məqsədi ilə Bakıya, qohumlarının evinə qaçırıb. Fərid bütün qohumlarına qızın ondan hamilə qaldığını deyib və onunla evlənəcəyini bildirib.

Məsələ barədə Fəridin valideynləri də məlumat alıb və qızın valideynlərinə elçi gedib. Elçilik zamanı məlum olub ki, F.N-nın 13 yaşı var və onun rəsmi nikaha daxil olması qadağandır. Məcburiyyət qarşısında qalan ailə F.N-ya nişan üzüyü gətirərək qızın yaşının tamam olması üçün 5 il gözləyəcəklərini bildirib.

Amma qızın hamiləlik faktı aşkar ediləndən sonra məsələyə polis qarışıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırması nəticəsində Fərid saxlanılıb və fakta görə cinayət işi başlanıb.

Məhkəmə istintaqı dövründə keçirilən məhkəmə-tibb ekspertizası zamanı həqiqətən də qızın Fəriddən deyil, digər şəxsdən hamilə qaldığı məlum olub. Amma Fərid də qızla cinsi əlaqədə olduğunu etiraf edib və onu evlənmək məqsədi ilə qaçırdığını bildirib.

Məhkəmənin hökmü ilə F.Azadov 3 il 3 ay azadlıqdan məhrum edilib. /Oxu.Az/

Seçilən
25
5
turkustan.az

6Mənbələr