AZ

Emin Əmrullayev Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başlatdı

Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Bildirilib ki, hazırda məktəbin pedaqoji heyəti məzuniyyətdə olduğu üçün araşdırmanın məzuniyyət dövründən sonra aparılması nəzərdə tutulur.

Məlumata əsasən, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, Zemfira Məsiyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qaynanasıdır.

Seçilən
29
18
busaat.az

10Mənbələr