Vaşinqton Tehranla nüvə danışıqlarına başlamazdan öncə İrana 12 günlük müharibədə vurduğu ziyanı kompensasiya etməlidir.
Paralel.az xəbər verir ki, belə bir bəyanatla İranın xarici işlər naziri Abbas Araqçi çıxış edib.
Tehranın mövqeyini sərtləşdirdiyini və Tramp administrasiyası ilə danışıqların bərpası üçün yeni şərtlər irəli sürdüyünü qeyd edən Araqçi deyib ki, ABŞ vurduğu zərərin ödənilməsinə razı olmalıdır.
İranlı nazir onu da bildirib ki, danışıqlar bərpa olunarsa, o zaman ABŞ belə bir hücumların gələcəkdə təkrarlanmayacağına zəmanət verməlidir. “Onlardan real etimad yaradan addımlar gözləyirik", - nazir qeyd edib.
İrana qarşı sanksiyalara gəldikdə nazir bildirib ki, sanksiyaların bərpası mexanizmini işə salsalar, bu, onlar üçün yolun sonu deməkdir.
Mürtəza