AZ

Sürücü dövrü tarixə qovuşur- Süni intellekt əsaslı avtopilot gəlir

ABŞ-li alimlər hesab edir ki, Tesla-nın rəhbəri İlon Maskın siyasi fəaliyyəti elektromobillərə olan marağın azalmasına səbəb olub və bu, bütün sənayeyə mənfi təsir göstərir.

Avtosfer.az xəbər verir ki, "Gizmodo"nun yazdığına görə 2023-cü ilin noyabrından 2025-ci ilin martına qədər ABŞ-də aparılan sorğular nəticəsində Maskın siyasi çıxışları ilə istehlakçının elektromobillərə marağı arasında birbaşa əlaqə aşkarlanıb.

"Nature" jurnalında dərc edilən elmi məqalədə bildirilir ki, Maskın getdikcə daha çox ziddiyyətli xarakter alan imici həm Tesla markasından, həm də ümumilikdə elektrik nəqliyyatından uzaqlaşmaya səbəb olub. Araşdırma göstərib ki, Mask liberal düşüncəli amerikalılar arasında əsasən mənfi reaksiya doğurub, halbuki bu kateqoriya elektromobillərin əsas istifadəçiləri hesab olunur. Mühafizəkar dairələrdə isə Maskın populyarlığı artsa da, onlar daha çox daxili yanma mühərrikli avtomobillərə üstünlük verirlər.

Jurnalistlərin fikrincə "nüfuzunu itirən rəhbər təkcə öz markasına deyil, bütöv bir sahəyə zərər verə bilər."

Qeyd edək ki, iyulun sonunda Tesla yeni nəsil Roadster modelini təqdim edib və bildirib ki, bu model "şirkətin son insan idarəli avtomobili olacaq", bundan sonra süni intellekt əsaslı avtopilot sistemləri sürücüləri əvəzləyəcək.

Seçilən
24
2
avtosfer.az

3Mənbələr