Sarı-qırmızılıların "Lion"da çıxış edən ingilis sağ cinah müdafiəçisi Eynsli Meytlend-Naylzla maraqlandığı iddia edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ilə Premyer Liqa təmsilçisi "Everton"un da maraqlandığı bildirilib.
Son mövsümdə "Lion"da 44 matça çıxan ingilis futbolçu 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Cari bazar dəyəri 12 milyon avro olaraq göstərilən Maitland-Niles-in Lyon ilə 2027-ci ilə qədər müqaviləsi var.
Fərid
MİA.AZ