2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında mübarizə aparacaq "İmişli" yeni futbolçu transfer edib.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi serbiyalı futbolçu Nikola Karaklayiçlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı serbiyalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti iki illikdir.
Nikolanın son klubları Serbiyada "Napredak" və "Novi Pazar" olub.