AZ

Barbi kuklalarının dizaynerləri avtomobil qəzasında həlak oldular

Barbi kuklalarının dizaynerləri və kolleksiyaçıları Mario Paglino və Gianni Grossi İtaliyanın şimalında avtomobil qəzasında həlak olublar.

Bizim.Media xəbər verir ki, bu barədə “ANSA” məlumat yayıb.

Qəza A4 Turin-Milan magistral avtomobil yolunda baş verib. Dizaynerlərin maşını 82 yaşlı Egidio Cerianonun idarə etdiyi avtomobillə toqquşub. O, ödəniş məntəqəsindən sonra qarşıdakı zolağa çıxaraq avtomobil yoluna çıxıb və toqquşmaya səbəb olub.

Nəticədə dörd nəfər ölüb - Ceriano, Paglino və Qrossi, həmçinin onların avtomobilindəki sərnişin. Dizaynerlərin avtomobilində olan daha bir qız xəstəxanada ağır vəziyyətdədir.
 

Qeyd edək ki, moda dizayneri Palino və art-direktor Grossi 1999-cu ildə “Magia 2000”ni təsis edib və kuklalar, geyimlər və xüsusi kolleksiyalar yaradaraq bu illər ərzində “Mattel” ilə əməkdaşlıq ediblər. 2015-ci ildə onların əsərlərindən biri xeyriyyə hərracında 15 min avroya satılıb.


Dizaynerlərin ən məşhur kuklaları Lady Gaga, Cher, Sarah Jessica Parker, Madonna və Frida Kahlo kimi məşhurlara bənzəyən Barbi kuklalarıdır. Paglino və Grossinin ən son yaradıcılığından biri Endi Uorholun işindən ilhamlanaraq geyimdə olan Merilin Monro kuklasıdır.

Bizim.Media

Seçilən
25
bizim.media

1Mənbələr